General: “İşğalçı Ermənistan buna görə təşvişə düşür”x9d

General: “İşğalçı Ermənistan buna görə təşvişə düşür”x9d

Hazırda oxunan: General: “İşğalçı Ermənistan buna görə təşvişə düşür”x9d

191666
Ermənistanın iqtisadi durumu və hərbi sənayesinin hazırkı acınacaqlı vəziyyəti bizə çox yaxşı bəllidir.

Bunu Ermənistanın müdafiə naziri Viqen Sərkisyanın ermənilərin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı açıqlamasına cavab olaraq hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərtac-a bildirib.

Düşmən ölkənin istifadəsində olan pilotsuz uçuş aparatlarının kustar üsulla hazırlandığı, başqa ölkələrdən ucuz qiymətə alındığı və onların aşağı keyfiyyətli olması da sirr deyil. O ki qaldı, Viqen Sarkisyanın bu kimi əsassız və absurd fikirlərinə, o, ilk dəfə deyil ki, belə çıxışlar edir və bununla da artıq heç kimi təəccübləndirmir. Bu cür çıxışları o, əsasən Azərbaycan tərəfi hər hansı bir ölkə ilə hərbi-texniki əməkdaşlıq istiqamətində uğurlu addım atdıqdan dərhal sonra səsləndirir. Bu isə Azərbaycanın hərbi potensialının artmasından işğalçı dövlətin narahat olaraq təşvişə düşməsi ilə əlaqədardır.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO