Kenquru əti yeyəcəyik...Âxa0

Kenquru əti yeyəcəyik...Âxa0

Hazırda oxunan: Kenquru əti yeyəcəyik...Âxa0

191488

Avstraliyada kenqurunun sayı 50 milyona yaxınlaşdığından nütəxxəsislər onun ovlanması ilə bağlı çağırış ediblər.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, Avstraliyada 2010-cu ildə 27 milyon olan kenquru sayı 2017-ci iləd 50 milyona yaxınlaşıb. Bu isə ekoloji mühit mütəxəssislərini düşünməyə vadar edir.

Bu sürətli artımın ekoloji tarazlığı təhlükəyə atacağını bildirən mütəxəssislər kenquruların ovlanaraq ətinin yeyilməsini təkilifini irəli sürüblər.xa0

Adelaide Universitetindən David Paton "Bu heyvanları ovlayacağıqsa, bunu insan kimi etməliyik. Onların ətini satışa çıxarmaq lazımdır" -deyib.

Kenquru sayındakı artıma yağışların çoxalması ilə birlikdə onların yediyi qidanın də artmasının səbəb olduğu güman edilir.

Qeyd edək ki, zaman-zaman Azərbaycana xaricdən idxal edilən ətlər içərisində kenquru ətinin olması haqda xəbərlər dolaşıb. Deyəsən, yaxın gələcəkdə bu gümanlar gerçəyə çevriləcək.

İslam inancına görə isə kenquru əti yemək caizdir.


Uğur
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO