Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA

Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA

Hazırda oxunan: Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA

191381

“AMAY” ticarət mərkəzinin yerləşdiyi bina təhlükəli vəziyyətə çevrilib. 

Belə ki, binadan növbəti dəfə daş parçaları qoparaq ərazidə olan avtomobillərin ətrafına səpələnib. Xoşbəxtlikdən xəsarət alan olmasa da, binanın illərdir baxımsız olması ticarət mərkəzinin qəzalı olması ehtimalını artırıb. 

Ətrafdakıların potensial ölüm mənbəyinə çevrilən “AMAY” ticarət mərkəzində bu vəziyyət ötən il də gündəm olmuşdu. Ticarət mərkəzinin yerləşdiyi küçədən keçən vətəndaşın və avtomobilin üzərinə daş parçası düşmüşdü. Nəticədə vətəndaş çiynindən xəsarət almış, avtomobilə isə ciddi ziyan dəymişdi. 

İddialara görə “AMAY” ticarət mərkəzi günü-gündən baxımsızlıqdan dağılır. İki xoşagəlməz olay itkisiz nəticələnsə də problem aktual olaraq qalır.

Bəs, təhlükəli vəziyyətə çevrilən “AMAY” ticarət mərkəzinin binası niyə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülmür? Ümumiyyətlə binanın təmirə ehtiyacı varmı? 

Məsələ ilə bağlı “AMAY” ticarət mərkəzi ilə əlaqə yaratmaq mümkün olmayıb. 

Fövqəladə Hallar Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ üzlük materialının (aqlay) qopması ilə bağlıdır:

“Həmin bina uzun müddətdir istismar olunur. Binada müxtəlif mağaza və digər obyektlər fəaliyyət göstərir. Orada vaxtaşırı cari təmir işlərinin aparılması bilavasitə sahibkarın məsuliyyətidir. Üzlük materialının qopması binanın qəzalı olması anlamına gəlmir. Binada müayinə aparılması üçün aidiyyəti üzrə müraciət daxil olmayıb”.
Məlumat üçün bildirək ki, “AMAY” ticarət mərkəzində eyni zamanda vətəndaşların mütamadi olaraq müraciət etdikləri 2 saylı ASAN xidmət və ABB-nin də filialı yerləşir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO