Bakıda ictimai yerdə gəzən koronavirus xəstəsini polislər belə saxladı - VİDEO

Bakıda ictimai yerdə gəzən koronavirus xəstəsini polislər belə saxladı - VİDEO

Hazırda oxunan: Bakıda ictimai yerdə gəzən koronavirus xəstəsini polislər belə saxladı - VİDEO

19131

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı daha bir aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Ev şəraitində müalicəyə cəlb olunan paytaxt sakini Şahbaz Eyvazova xəbərdarlıq edilərək ona sosial izolyasiya qaydalarına riayət etməsi və yaşayış ünvanını tərk etməməsi barədə müvafiq dövlət qurumları tərəfindən məlumat verilib.

Amma o, xəbərdarlıqlara məhəl qoymayaraq yaşayış yerini tərk edib və digər şəxslərin sağlamlığı üçün real təhlükə yaradıb.

Polislər onu Nəsimi rayonu ərazisində saxlayaraq yaşadığı ünvana geri qaytarılıblar.

E.Şahbazov barəsidə Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO