Hacıbala Abutalıbov əxlaqsızlığa təsirli zərbə vurdu...

Hacıbala Abutalıbov əxlaqsızlığa təsirli zərbə vurdu...

Hazırda oxunan: Hacıbala Abutalıbov əxlaqsızlığa təsirli zərbə vurdu...

191252
Azərbaycan Yazıçılar Birliyinin binasının bir hissəsinin kafe-bar-restoran qismində icarəyə verilməsi və orada qadınlara pulsuz sulu qəlyan reklamı, striptiz göstərilməsi açıq-aydın sübut edir ki, ora əxlaqsızlıq yuvası olub.

Kafeni bağlatdıran Hacıbala Abutalıbov haqlı olaraq bəyan edib ki, “Sözügedən məkan görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu “Natəvan”x9d klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan “26-lar kafesi”x9dnin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış “26-lar kafesi”x9d və həmin kafedə “xanımlara qəlyan çəkmək pulsuzdur”x9d sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”x9d.

Qeyd etməliyəm ki, Hacıbala Abutalıbovun bu hərəkəti Azərbaycanda və paytaxtımızda əxlaqsızlığa vurulan təsirli bir zərbə kimi dəyərləndirilməlidi.

Belə ki, gecə yuvaları həddən çoxdur və onların sayı zamandan asılı olaraq həndəsi silsilə ilə artmaqdadı. Ona görə bir zərbə kifayət deyil. Bu iş sistemli şəkildə davam etdirilməli, əxlaqsızlıq yuvalarının hamısı ləğv olunmalıdır.

Hesab edirəm ki, bu sahədə görülməli işlərin miqyası çox böyükdür. Bu böyük işin Respublika miqyasında yerinə yetirilməsi üçün Prezidentin xüsusi Fərmanı ilə geniş tərkibli dövlət ləğvetmə komissiyası yaradılmalıdı. Bu yuvaların hamısı aşkarlanmalı və ləğv edilməlidilər.

Prof.Dr. Qüdrət İsaqov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO