DİM-də YENİLİK - Hər gün 1700 nəfərin iştirakı ilə keçiriləcək elektron imtahanlar korpusu AÇILIB

DİM-də YENİLİK - Hər gün 1700 nəfərin iştirakı ilə keçiriləcək elektron imtahanlar korpusu AÇILIB

Hazırda oxunan: DİM-də YENİLİK - Hər gün 1700 nəfərin iştirakı ilə keçiriləcək elektron imtahanlar korpusu AÇILIB

191045

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib
Mayın 8-də Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusuna mediatur keçirilib. 

Bizim.Media xəbər verir ki, yeni imtahan korpusu əsas etibarilə elektron imtahanların keçirilməsi üçün nəzərdə tutulub. 

Bununla yanaşı binada elektron qaydada keçirilən beynəlxalq imtahanlar, müxtəlif təyinatlı müsahibələr və təlimlərüçün nəzərdə tutulmuş zallar və digər funksional otaqlar mövcuddur.

İmtahan korpusu 7 mərtəbə və zirzəmidən ibarətdir. Binanın zirzəmisində imtahanlarda istifadə olunan dinləmə mətnlərinin səsyazma studiyası və anbar, 1-ci mərtəbədə xüsusi avadanlıqla təchiz edilmiş müsahibə zalları, əhaliyə psixoloji xidmət göstərilməsi üçün otaqlar və vətəndaşların qəbulu üçün geniş zal, 2–6-cı mərtəbələrdə böyük və kiçik imtahan zalları, 7-ci mərtəbədə konfrans zalı, işçi otaqları və yeməkxana yerləşir.

İmtahan korpusunda yaradılan bulud əsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub. DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. Belə ki, imtahan korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

Bundan əlavə, imtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olaraq, binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan verir.

Beləliklə, imtahan korpusunun fəaliyyətə başlaması müxtəlif sahələrdə aparılan biliyin qiymətləndirilməsi kimi kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır. Bundan sonra daha müasir alətlərdən istifadə etməklə platformanın inkişaf etdirilməsi, o cümlədən multimedia texnologiyalarının, situativ tapşırıqların tətbiqi, yazı işlərinin və danışıq bacarıqlarının yoxlanılması nəzərdə tutulur.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO