30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir – FOTO/VİDEO

30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir – FOTO/VİDEO

Hazırda oxunan: 30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir – FOTO/VİDEO

190856

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla vida mərasimi keçirilir. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, onun meyitinin qalıqları bu gün ailəsinə təhvil verilib. 

Şəhidin ailəsinin Bakı şəhərində yerləşən evində keçirilən vida mərasimində ictimaiyyət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak edirlər. 

Gülalı Dadaşovun meyitinin qalıqları vida mərasimi başa çatdıqdan sonra Bakının Nizami rayonun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb.
Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub. 
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO