Tanınmış hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında bu gün 60 yaşı tamam olan polkovnik Şair Ramaldanovla bağlı xoş sözlər söyləyib:

"Bu gün onun ad günüdür. Onu demək olar ki, Azərbaycan Silahlı Qüvvələrində tanımayan az adam tapılar. Bu hamının, xüsusən də Füzuli döyüş briqadasının, məşhur Horadiz əməliyyatının icraçılarından biri olan polkovnik Şair Ramaldanovur. Başqalarını deyə bilmərəm, amma mənə bu gözəl ürəyə sahib olan insanla həyatımın ən ağır və ən məsuliyyətli bir dönəmində bərabər Qarabağ savaşında döyüşmək nəsib olub. Özü də, Silahlı Qüvvələrimizin ən sonuncu uğurlu əməliyyatına rəhbərlik etmiş bir insanla çiyin - çiyinə. Sözün hər mənasında peşəkar hərbçi olan polkovnik Şair Ramaldanov əsl zabit kimi öz sözünü demiş və özünü təsdiq etmiş bir şəxsiyyətdir. Onun haqqında nə qədər yazısa da, danışılsa da, hesab edirəm ki, yenə azlıq təşkil edər. Hesab edirəm ki, onun avtobioqrafiyası da hər kəs üçün maraqlı olar.xa0
05 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində sadə zəhmətkeş ailəsində anadan olub. 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-ci ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub.xa0
1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir.
1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur.xa0
1991-ci ildə akademiyanı bitirmişdir.xa0
1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən”“fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.xa0
1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəinə təyinat almışdır.xa0
1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilmişdir.
1997-2012-ci ilə qədər ordu korpusunun komandiri vəzifəsində xidmət keçmişdir.
Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademisayında tədris işlər üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.xa0
10 ədəd müxtəlif istiqamətli hərbi dərslik və vəsaitin müəllifidir. Onun hazırladığı dərs vəsaitləri bu gün Silahlı Qüvvələrin bütün güc strukturlarında hərtətərfli istifadə olunur.xa0
2012-ci ildə yaş ilə əlaqədar xidmətdən ehtiyata tərxis olunmuşdur.
Hal-hazırda da Müdafiə Nazirliyinin aparıcı İdarələrindən birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir.xa0
2 dəfə “Azərbaycan Bayrağı”x9d ordeninə layiq görülmüş zabitdir.
Ailəlidir, 2 övladı və 3 nəvəsi var.
Şair Ramaldanovun müavini olaraq onun həm Qarabağ müharibəsinin ən ağır və çətin dönəmlərində, həm də sonralar həm müşahidə etmək, həm də onunla bərabər verilən tapşırıqları yerinə yetirmək kimi imkanlarım olub. Bu insanla xidmət keçmək çox rahat və çıx şərəflidir.
Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti hələ bundan sonra da onun dərin bilik və bacarığından uzun illər istifadə edə bilər və etməlidir.
Təbrik edirəm, əziz KOMANDİRİMİZ. Bütün əsgər və zabitlər adından Sizə uzun və sağlam ömür arzulayıram. var olun. Biz Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun!




























































































