Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına növbəti dəfə balıq körpələri buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva yayıb.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 20 000 ədəd çəkikimi balıq körpəsi su anbarına buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:41 / 03.05.2024
Suqovuşan su anbarına balıq körpələri buraxıldı - FOTO
Hazırda oxunan: Suqovuşan su anbarına balıq körpələri buraxıldı - FOTO
Hazırda oxunan: Suqovuşan su anbarına balıq körpələri buraxıldı - FOTO
190281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.