Ev dustaqlarının HƏYATI – Onlara nələr QADAĞANDIR? 

Ev dustaqlarının HƏYATI – Onlara nələr QADAĞANDIR? 

Hazırda oxunan: Ev dustaqlarının HƏYATI – Onlara nələr QADAĞANDIR? 

190205

Qətimkan tədbirlərindən biri də ev dustaqlığı hesab olunur. Ev dustaqlığı təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. 

Bəs ev dustaqlarına nələr qadağandır?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, ev dustaqlığı həbs-qətimkan tədbirinə alternativ seçilir:

“Ev dustağı olan şəxslə bağlı qərarda qadağaları qeyd olunur. Lakin bir də ümumi qadağalar var. Məsələn, yaşayış yerini özbaşına tərk eləmək olmaz, çıxmaq vacibdirsə, Probasiya şöbəsindən icazə alınmalıdır”. 

Ə.Mustafayev qeyd edib ki, yəni ev dustaqlığında olan şəxs nə gündüz, nə də gecə icazəsiz evi tərk edə bilər:

“Bundan başqa, dustaq olan şəxsə müəyyən edilmiş şəxslərlə görüşmək və bəzi yerlərə getmək, istər açıq, istərsə də qapalı olsun, ictimai yerlərdə durmamaq məhdudiyyəti də ola bilər”.

Vəkil əlavə edib ki, ev dustağı olan şəxin ev və mobil telefonları daim nəzarətdə saxlanılır:

“Ev dustaqlığına məhkum edilmiş şəxs evdən kənara çıxa bilməz. Həmin şəxs tam nəzarət altında olmalıdır. Qanunvericiliyə əsasən, müəyyən şahidlər var ki, onlarla əlaqə saxlamağa icazə verilmir. Həmçinin poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağa qoyulur. Ev dustaqlığına məhkum edilmiş şəxs öz evində qonaq qəbul edə, xeyir və şər məclislərində iştirak edə bilməz. Bu insanların yaşayış yerləri daim polis tərəfindən mühafizə olunur”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO