Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var  

Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var  

Hazırda oxunan: Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var  

189937

Şəmkir rayonunun Düyərli kəndində yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO