Sumqayıtda zavodda baş verən yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Sumqayıtda zavodda baş verən yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Hazırda oxunan: Sumqayıtda zavodda baş verən yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

189815

Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

*** 21:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının müəssisənin ərazisinə keçməsinin qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO