Şəhid anası 28 il sonra oğlunun məzarını ziyarət etdi

Şəhid anası 28 il sonra oğlunun məzarını ziyarət etdi

Hazırda oxunan: Şəhid anası 28 il sonra oğlunun məzarını ziyarət etdi

18965

Daxili İşlər Nazirliyinin (DİN) “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə Cəbrayıl rayon sakini şəhid anası Güldəstə Ağayevanın adından müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, DİN-in mətbuat xidmətindən  verilən məlumata görə,  müraciətdə şəhid anası oğlu Ramiz Ağayevin 1993-cü il avqustun 15-də Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu və orada dəfn edildiyini qeyd edib.

G.Ağayeva Cəbrayıl rayonu işğal olunandan sonra 28 ildir ki, doğma torpağını yenidən görmək və oğlunun məzarını ziyarət etmək həsrəti ilə yaşadığını bildirib.

Güldəstə ana müraciətinin sonunda nazirliyin rəhbərliyinin onun 84 yaşının olmasını nəzərə alaraq, Cəbrayıl rayonuna getməsinə icazə verilməsini xahiş edib.

Müraciət dərhal nazirlik rəhbərliyinin nəzarətinə götürülüb. Əvvəlcə şəhid Ramiz Ağayevin Cəbrayıl rayonundakı məzarının tapılması təmin edilib. Şəhid məzarının və yerləşdiyi ərazinin minalardan təmizlənməsi üçün lazımi tədbirlər görülüb.

Müvafiq təhlükəsizlik tədbirləri gözlənilməklə aprelin 23-də DİN-in təşkilatçılığı ilə Güldəstə ananın və onun ailə üzvlərinin Cəbrayıl rayonuna səfəri təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO