Mirzə Cəlil Ərkivan kəndindəki vəzifə davası haqqında nə yazıb? - DETALLAR

Mirzə Cəlil Ərkivan kəndindəki vəzifə davası haqqında nə yazıb? - DETALLAR

Hazırda oxunan: Mirzə Cəlil Ərkivan kəndindəki vəzifə davası haqqında nə yazıb? - DETALLAR

189369

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından 104 il keçir. Sovetlərin gəlişi ilə demək olar ki, bütün kəndlərimizdə kənd şuraları qurulur. Elə cənub bölgəsində yerləşən Masallı kəndləri də sürətlə “şuralaşır”. Bu şuralaşmada maraqlı hadisələr yaşanır və bu hadisələrdən biri də ölməz Cəlil Məmmədquluzadənin satirik qələminə tuş gəlir.

Belə ki, Mirzə Cəlil özünün redaktorluğu ilə çıxan “Yeni yol” qəzetində Masallının Ərkivan kəndinin şuralaşmasındakı vəzifə davası haqqında belə yazır:

“Masallıda hökumət tapşırıqları dərin kəsirlə ödənilməkdədir. Bunun əsas səbəbi bəzi Kənd Şuralarında sədrlərin tez-tez dəyişdirilməsidir.”

Bəs görəsən kəsir nədən yaranır? 

“Ərkivan Kənd Şurasında bir neçə gün ərzində 5 sədr dəyişib. Sabiq sədr İsmayıl Vahabzadə vəzifəsindən götürülərək yerinə kolxozçu qadın Xeyranisə gətirilib.  O biri günü isə Xeyranisənin yerinə Bayram Cəfərov gətirilib. 3-cü gün isə Xeyranisə yenidən həmin vəzifəyə qaytarılır. Bunun üstündən 2 gün sonra isə Heybət Kazımov şura sədri gətirilib.”

Yeri gəlmişkən, Mirzə Cəlilin bu satirasını arxiv sənədlərindən jurnalist Sücəddin Şərifov gün işığına çıxarıb. 
Bu satira bir də bizə 1991-ci ilin avqustunda bir gündə  Sovet İttifaqının əvvəlki formasını bərpa edən “QKÇP” olayını, ikinci gündə Sovet İttifaqı rəhbərliyinin siyasətdən getməsini və üçüncü qüvvələrin hakimiyyətə gəlməsi kimi qısa günlü məzhəkəni xatırladır. 104 il əvvəl 28 apreldə ərazimizdə qurulan şuraların sonu elə bu komediya ilə də bitdi. 

Sabutay, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO