Sabiq baş həkimin TƏBİB-ə qarşı iddiası təmin edildi - İşinə bərpa olunmalıdır

Sabiq baş həkimin TƏBİB-ə qarşı iddiası təmin edildi - İşinə bərpa olunmalıdır

Hazırda oxunan: Sabiq baş həkimin TƏBİB-ə qarşı iddiası təmin edildi - İşinə bərpa olunmalıdır

188953

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevin TƏBİB-ə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı qismində tanınan Rauf Nağıyev məhkəmə qarşısında keçmiş işinə bərpa olunma və əmək haqqının ödənməsi tələbi qoyub.

 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-i məhkəməyə verən təcili yardımın işdən çıxarılan baş həkimindən QALMAQALLI AÇIQLAMA - ÖZƏL


Məhkəmədə qərar elan edilib. Qərara əsasən, Rauf Nağıyevin iddiası təmin olunub.

Qeyd edək ki, uzun illər Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olmuş Rauf Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO