Bakı bulvarının skuter dərdi sağalmaq bilmir. İstirahət edən insanlar hey şikayətlənir, skuter həvəskarları isə bu nəqliyyatın istifadəsindən əl çəkmir ki, çəkmir.
Bizim.Media xəbər verir ki, mövzunu "Sputnik Azərbaycan" nəşri araşdırıb.
Bəlli olub ki, insanlar ən çox naşı "sürücülərdən" ehtiyatlanır. Onlar ələlxüsus azyaşlılara təhlükə yaradır.
Sakinlər cərimələrin tərəfdarıdır, lakin zolaqlardan kənar hərəkət edənlərə qarşı cərimə tətbiq olunmur.
"Onlarla maarifləndirici söhbətlər aparılır. Bulvar mühafizəçiləri skuter sürənlərə nəzarət edir", - deyə Dənizkənarı park idarəsindən bildirilib.
Ötən ilin yayından bulvarda skuterlərin istifadəsinə məhdudiyyətlər qoyulub.
Belə ki, Bulvarda insanların sıx olduğu dənizkənarı hissədə skuter sürməyə icazə verilmir. Skuterin maksimal sürəti 17 km/s ola bilər.
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 25.04.2024
Bakı bulvarının skuter dərdi sağalmaq bilmir - VİDEO
Hazırda oxunan: Bakı bulvarının skuter dərdi sağalmaq bilmir - VİDEO
Hazırda oxunan: Bakı bulvarının skuter dərdi sağalmaq bilmir - VİDEO
188887
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.