AŞPA-dakı Gürcüstan və Ukrayna... – Fərhad Məmmədovdan İZAH

AŞPA-dakı Gürcüstan və Ukrayna... – Fərhad Məmmədovdan İZAH

Hazırda oxunan: AŞPA-dakı Gürcüstan və Ukrayna... – Fərhad Məmmədovdan İZAH

18860

“AŞPA-da səsvermələrin hamısı paket şəklində olur. Paket formasında olduğu üçün Gürcüstanın da, Ukraynanın da prioritet saydığı mövzular var idi ki, onlar səsvermədə öz mövqelərini sərgiləməliydilər”.

Bu sözləri Bizim.Media ilə dialoq zamanı Fərhad Məmmədov açıqladı.

Əlavə etdi ki, ümumi baxanda AŞPA-nın son 20 il ərzində siyasi çəkisi o qədər aşağı düşüb ki, oradakı hər hansı fikir, bəyanat, yaxud qətnamənin əhəmiyyəti azdır:

“Aşağı səviyyədədir. Müəyyən çağırışlar ola bilər, amma Azərbaycanın bütün addımları, həm bu diversantlarla bağlı fəaliyyəti də beynəlxalq hüquqa söykənir. Yəni, siyasi addımlar həyata keçirilə bilər, lakin hər bir vacib qərarın beynəlxalq hüquqi əsası olmalıdır. Beynəlxalq hüquqda isə bu adamlar hərbi əsir sayıla bilməz. Azərbaycan qalib dövlətdir. Belə səsvermələrlə ermənilər həll olunmamış məsələlərin həlli prosesini çətinləşdirirlər”, - deyə Fərhad Məmmədov münasibət bildirdi. 

Xatırladaq ki, səsverməyə çıxarılan paketdə “2012-ci ilin yanvarında Aleksey Navalnının saxlanması və həbsi”, “Türkiyədə demokratik institutların fəaliyyəti”, “COVİD pasportları və ya sertifikatları: əsas hüquqların müdafiəsi və hüquqi nəticələr”, “Erməni hərbi əsirlər, digər əsirlər və saxlanan şəxslər”, “COVİD-19-a qarşı vaksinasiya şəhadətnamələri: insan haqlarını və ictimai səhhəti necə qorumalı”, “Avropada sülhə can atılmasının önündəki Rusiya təhlükəsi” kimi məsələlər olub. 

Koronavirusla bağlı hər iki mövzu və bir də Avropada Rusiya təhlükəsinə görə onsuz da əksər ölkələr paketin lehinə səs verəcəkdi.

Ermənistanı maraqlandıran Türkiyədə demokratik institutlar və hərbi əsirlər predmetlərini də unutmaq olmaz. Mövzular tək-tək səsverməyə çıxarılmadığı üçün isə kimsə öz ölkəsini narahat edən məsələdən imtina edib Azərbaycanın xeyrinə səs verməyəcəkdi.  

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO