“Özünü demokratik göstərən dövlətlər nəinki Azərbaycanın haqq işinin yanındadır, əksinə sülh imzalanmasına qarşı məkrli siyasət aparırlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.
Millət vəkili qeyd edib ki, Xocalı soyqırımını törədənlərə, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı sanksiya tətbiq olunmayıb:
“Halbuki bu əməlləri törədən ermənilər fəxrlə etdiklərini etiraf etdilər. Əfsus ki, bu etirafı edənlərə qarşı hər hansı addım atılmayıb. Azərbaycanda bir tiktoker var, Əli Kərimli. Bir kompüteridir, bir də özü. Əgər cəsarəti çatırsa, fikir bildirmək istəyirsə, istənilən internet saytlarına dəvət edirik. Çıxış edək, gəlsin, ona başa salaq ki, dünyanın gəlişi-gedişi nədir, dünya nədir, dünya tək başqa dövlətlərə donos verməkdən ibarət deyil. Nə vaxt istəyir, biz hazırıq”.
Bizim.Media