“Açılışında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən iştirak etdiyi xəstəxanalarda bu hallar baş veribsə, görün gözdən-könüldən, Bakıdan uzaq olan digər klinikalarda nələr baş verir? Bu hadisələr göstərdi ki, xəstələrdən pul alıb xəstəxanaya yerləşdirməklə bağlı gedən müzakirələr həqiqət imiş”.
Bizim.Media xəbər verir ki, bunu sabiq millət vəkili Çingiz Qənizadə deyib.
O qeyd edib ki, bütün bu hallar araşdırılmalı və hüquqi qiymətini almalıdır:
“Dünən iki ən böyük tibb müəssisəsi rəhbərinin həbsi və eyni zamanda onlarla birlikdə fəaliyyət göstərən dəstənin üzvü olan digər şəxslər barəsində cinayət işinin başlanmasıyla bağlı xəbər hər bir Azərbaycan vətəndaşını həm hiddətləndirdi, həm də sarsıtdı”.
Ç. Qənizadə hesab edir ki, bu qanunsuzluqlar təkcə bu iki səhiyyə müəssisəsi ilə bitmir. Digər müəssisələrdə də oxşar qanunsuzluqlar var.
“Cəmiyyətdə, sosial şəbəkələrdə dövlət tərəfindən xəstələr üçün ayrılan bahalı dərmanların qara bazara çıxarılması halları müzakirə predmeti idi. Uzun aylardır ki, bu xəstəxanalara pul müqabilində xəstələrin yerləşdirilməsi məsələsi müzakirə olunurdu. Nəhayət, hüquq-mühafizə orqanları buna nöqtə qoydular və bu həbsləri başladılar. Burada başqa məqam da axtarmaq lazımdır, onlar bu rüşvəti alarkən kimə arxayın olublar, kimin himayəsində olublar? Bu rüşvəti kiminlə bölüşüblər? Ümid edirəm ki, istintaq bu suallara da aydınlıq gətirəcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 23.04.2021
“Rüşvəti alarkən kimə arxayın olublar, kimin himayəsində olublar?”
Hazırda oxunan: “Rüşvəti alarkən kimə arxayın olublar, kimin himayəsində olublar?”
Hazırda oxunan: “Rüşvəti alarkən kimə arxayın olublar, kimin himayəsində olublar?”
18820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.