Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

Hazırda oxunan: Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

18817
Abşeron, Ağdaş, Ağdam və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
 
Sfera.az SOCAR-ın saytına istinadən xəbər verir ki, avqustun 31-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zığ”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Borsunlu”, "Dəliməmmədli” və "Zazalı”, Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Taxtalar” və "Siyəzən Broyler” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Təmir müddətində Samux rayonunun Əliuşağı, Zazalı və Qiyaslı kəndlərinin, eyni zamanda Goranboy rayonunun Dəliməmmədli və Borsunlu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai və Suraxanı, Şabran, Siyəzən, Bərdə və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO