İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb

İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb

Hazırda oxunan: İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb

188000

2024-cü ilin I rübündə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8 930 cinayətin 85 faizi açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclasında bildirilib.

Məlumata görə, Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin üç ayı ilə müqayisədə azalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO