“Hadi müəllim parlamentin ən ağır sahəsi olan Sosial siyasət komitəsinə uzun müddət rəhbərlik edib. Biz onunla həm deputat həmkarı, həm də yaxın dost olmuşuq. Birlikdə rayonlara səfərlər etmişik, təbliğat kampaniyalarında, xarici səfərlərdə iştirak etmişik”.
Bu sözləri sabiq deputat Hadi Rəcəblinin dəfn mərasimində Bizim.Media-ya açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
MÖVZU İLƏ BAĞLI:
Hadı Rəcəbli vəfat etdi
Komitə sədri qeyd edib ki, Hadi Rəcəbli ölkəmizi layiqincə təmsil edib:
“O bir ziyalı, həm də müəllim kimi böyük təcrübəyə malik insan idi. Həyat eşqi çox güclü idi. Onunla səfərə çıxan, rayona gedən biri heç zaman yorulmazdı. Sonuncu dəfə Ramazan bayramında bir-birimizi təbrik etdik. O da oruc tuturdu. Fikirləşirdik ki, görüşərik...”
Məhərrəm Əliyev, Rəşad Əliyev, Bizim.Media