Şəhidimiz Tovuzda dəfn edildi - Fotolar

Şəhidimiz Tovuzda dəfn edildi - Fotolar

Hazırda oxunan: Şəhidimiz Tovuzda dəfn edildi - Fotolar

187554

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Tağıyev Novruz Tağı oğlunun nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

 

Sfera.az xəbər verir ki, Novruz Tağıyevin nəşi Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

 

Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı Novruz Tağıyevin qardaşı Namiq Tağıyevə təqdim olunub.

 

Qeyd edək ki, Tağıyev Novruz Tağı oğlu iyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində həlak olub.

/Teleqraf.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO