Türkiyəyə göndərilən daha 2 qazi sağalaraq Vətənə döndü - VİDEO

Türkiyəyə göndərilən daha 2 qazi sağalaraq Vətənə döndü - VİDEO

Hazırda oxunan: Türkiyəyə göndərilən daha 2 qazi sağalaraq Vətənə döndü - VİDEO

18718

Ağır yaralanan və müalicə üçün "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə Bizim.Media-ya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

“YAŞAT” Fondunun əməkdaşları 2 min 881 şəhid ailəsini ziyarət edib - Rəbiyyə Cəfərova


Bildirilib ki, qazilərimiz - Əliyev Nizami Eldar oğlunun və Rəhimzadə Əşrəf Valeh oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Qeyd olunub ki, "YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO