Ermənistanın Eçmiadzin şəhərində yezidi kürdlər arasında atışma baş verib.
Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda qətl: ər arvadını bıçaqla dəlmə-deşik etdi
Məlumata görə, tərəflər arasında dava olub. Nəticədə 60 yaşlı Tital Sloyan bıçaqlanıb və hospitala yerləşdirilib.
Onu qohumu, 41 yaşlı Əziz Sloyanın avtomat silah saxladığı məlum olub. Polis onu silahı təhvil verməyə çağırıb.
Ə.Sloyan çağırışa məhəl qoymayaraq atəş açıb. Sonra polis ona yaxınlaşa bilib.
Hadisənin səbəbi araşdırılır.
Bizim.Media