Naxçıvanda qaya UÇQUNU baş verib

Naxçıvanda qaya UÇQUNU baş verib

Hazırda oxunan: Naxçıvanda qaya UÇQUNU baş verib

186694

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb və sözügedən yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO