DİN: Bayram günlərində polis naryadlarının sayı artırılacaq - FOTO

DİN: Bayram günlərində polis naryadlarının sayı artırılacaq - FOTO

Hazırda oxunan: DİN: Bayram günlərində polis naryadlarının sayı artırılacaq - FOTO

186451

Ramazan bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

Artıq bu gündən respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirlərinə başlanılıb.
"Bir daha bütün vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxamağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq", - DİN-dən bildirilib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO