“Şakro” Lənkəranskinin adamını necə sıxışdırıb?

“Şakro” Lənkəranskinin adamını necə sıxışdırıb?

Hazırda oxunan: “Şakro” Lənkəranskinin adamını necə sıxışdırıb?

18641

İstanbulda qətlə yetirilən məşhur avtoritet Rövşən Lənkəranskinin "Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovla qarşıdurmasının yeni təfərrüatı üzə çıxıb. Politika.Az Rusiya mediasına istinadla xəbər verir ki, tərəflərin münaqişəsində növbəti mərhələ "Rüfət Gəncinski” adı ilə tanınan Ülfət Tağıyev üstündə olub.

Kriminal avtoritet, yezidi kürd Aslan Usoyanın (Ded Xasan) qətlinə görə həbs edilmiş "Gəncinski”yə "vor zakon” adı verilməsi qanuni oğru dünyasında ciddi konfliktə səbəb olub. R.Lənkəranskinin killeri və mühafizəçisi kimi tanınan R.Gəncinski uzun müddət Dubayda yaşayıb. Onunla birlikdə Hacı Beyləqanski də olub.

Rusiya mətbuatı yazır ki, "Ded Xasan”ın qətlindən bir ay əvvəl Dubayda "sxodka” keçirilib. 2013-cü ildə Moskvaya qayıdan Gəncinski "Ded Xasan”ın qətlində şübhəli bilinərək həbs olunur. O, ittihamları qəbul etmir. Politika.Az xəbər verir ki, sonradan Ü.Tağıyev Usoyanın öldürülməsi üçün planı özünün hazırladığını və killerə lazım olan şəraiti yaratdığını etiraf edib.

O, bu iş barədə ona heç kəsin sifariş vermədiyini deyib. Həbsdə isə Gəncinskiyə avtoritet adı verilməsi ilə bağlı söhbət yaranıb. Belə ki, 57 yaşlı kutaisili qanuni oğru "Şoşiya” ləqəbli Nodar Çinvelaşvili izahat istəyib. Rusiya qruplaşması ilə toqquşmalara getmək istəməyən "Şoşiya” digər tərəfdən Lənkəranskini də itirmək istəməyib. Ona görə "Şakro Molodoy”la Lənkəranskinin Gəncinskinin avtoritet statusuna birgə aydınlıq gətirmələrini istəyib.

Qeyd edək ki, Lənkəranskinin qətlində "Şakro Molodoy” şübhəli bilinir. Onun "Ded Xasan”ın qisasını aldığı deyilir. 

Criminal.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO