Sabah Bakıda 18 dərəcə isti olacaq

Sabah Bakıda 18 dərəcə isti olacaq

Hazırda oxunan: Sabah Bakıda 18 dərəcə isti olacaq

186213

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Bizim.Media xəbər verir ki, havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO