Goranboyda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində Alidə Kazımovaya məxsus evdə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Goranboyda QANLI OLAY - Oğul anasını öldürdü
Qadının 2 qızı və 2 oğlu var. Onlardan 3-ü ailəlidir. Kazımova ilə bir yerdə yaşayan, ailənin son övladı, subay olan 2005-ci il təvəllüdlü Şahin Əmrahov ona çox saylı bıçaq zərbələri yetirib, boğazını kəsib.
Mərhumun qonşularının bildirdiyinə görə A. Kazımovanın həyat yoldaşı bir neçə il əvvəl yol-nəqliyyat hadisəsində ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən oğlu könüllü polisə təslim olub. Onun hadisənin hansı səbəbdən törətdiyi hələlik açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu