Binə qəsəbəsində siqaret üstündə dava: BIÇAQLANAN VAR

Binə qəsəbəsində siqaret üstündə dava: BIÇAQLANAN VAR

Hazırda oxunan: Binə qəsəbəsində siqaret üstündə dava: BIÇAQLANAN VAR

186050

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər.

Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Raul Məmmədov açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO