Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyən edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında mazakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək.
Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını və Reyestrin əsasnaməsini müəyyən etmək təklif edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:07 / 06.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
Hazırda oxunan: Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
Hazırda oxunan: Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
185918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.