Kafe sahibini ölümlə hədələdi, stol-stulu yandırdı

Kafe sahibini ölümlə hədələdi, stol-stulu yandırdı

Hazırda oxunan: Kafe sahibini ölümlə hədələdi, stol-stulu yandırdı

18578

Aprelin 19-da Göygöl şəhərində A.Hüseynovun münaqişə zəminində E.Ağakişiyevin işlətdiyi kafenin qarşısına yığdığı stol və stulları yandırması və ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov saxlanılıb.

Onun evinə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi, 19 ədəd patron və 1 ədəd patron kəməri aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO