"Mayın 8-də Şuşada Türkiyə ilə hərbi parad keçirilməlidir"- SON DƏQİQƏ

Hazırda oxunan: "Mayın 8-də Şuşada Türkiyə ilə hərbi parad keçirilməlidir"- SON DƏQİQƏ

18568

«Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik».

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkiuli Fazil Mustafa sosial media hesabında qeyd edib. 

Deputat bildirib ki, Xankəndində parad keçirmək onlarının tərəfsizliyi pozması aktıdır və bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq.
 

MÖVZU İLƏ BAĞLI:

''Özbaşınalıq sayəsində Bakı paylanıb'' - Fazil Mustafa məmurları ittiham etdi


«Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir.  Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaqdır.
 

Bunun tarixi anologiyası da var. Bilindiyi kimi 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirmişdir.


Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə prezidenti cənab Ərdoğanın azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da  belə bir  paradın keçirilməsi varianıtnı da düşünmək olar.

Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik».

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO