Yüzlərlə jurnalistin müəllimi Ağamusa Zeynalov vəfat edib

Yüzlərlə jurnalistin müəllimi Ağamusa Zeynalov vəfat edib

Hazırda oxunan: Yüzlərlə jurnalistin müəllimi Ağamusa Zeynalov vəfat edib

18567

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Ağamusa Zeynalov vəfat edib.

Bizim.Media xəbər verir ki, A. Zeynalov ötən gün axşam saatlarında dünyasını dəyişib.  

Qeyd edək ki, Ağamusa Zeynalov 1940-cı ildə anadan olub. 1958-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə jurnalistika ixtisası üzrə qəbul olunub. 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1973-1977-ci illərdə BDU-da “Bakı universiteti" qəzetinin redaktoru, 1965-1994-cü illərdə direktoru olub.  

1994-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş müəllim vəzifəsində işləyib. 50 elmi, 600-dən çox publisistik məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO