Qusarda polis əməliyyatı - Saxlanılan var - FOTO

Qusarda polis əməliyyatı - Saxlanılan var - FOTO

Hazırda oxunan: Qusarda polis əməliyyatı - Saxlanılan var - FOTO

18560

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayonu Mucuq kənd sakini Nadir Şixmetov rayon ərazisində saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əlillik dərəcəsi düzəltmək adı ilə vətəndaşları aldatdı - Ağsuda dələduzluq


Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulmuş marixuana, eləcə də qurudulması üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Nadir Şixmetov barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO