Minaya düşən şəxslərin son durumu AÇIQLANDI

Minaya düşən şəxslərin son durumu AÇIQLANDI

Hazırda oxunan: Minaya düşən şəxslərin son durumu AÇIQLANDI

185337

Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan 2 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bizim.Media-nın yerli bürosuna xəstəxanadan bildirilib ki, yaralılardan 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə sağ bazu oynağının və boyunun açıq yarası, sağ yuxarı ətrafın və üzün çoxsaylı qəlpə yarası, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə hər iki ayağın amputasiyası, sol əlin qəlpə yaraları diaqnozları qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Tərtərdə mina partladı - Xəsarət alanlar var


Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hər birinə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO