İqlim TƏLATÜMÜ – Yazda özümüzü niyə yorğun hiss EDİRİK? 

İqlim TƏLATÜMÜ – Yazda özümüzü niyə yorğun hiss EDİRİK? 

Hazırda oxunan: İqlim TƏLATÜMÜ – Yazda özümüzü niyə yorğun hiss EDİRİK? 

185327

Halsızlıq və yorğunluq hər insanın müəyyən vaxtlarda yaşadığı haldır. Bunların fərqli səbəbləri var. Bəzən isə halsızlıq və yorğunluq mövsümlə əlaqəli olur. Bahar xoş əhval bəxş etsə də, insanlar özlərini, xüsusilə axşam saatlarında əzgin, yorğun hiss edirlər. Yazın gəlişi ilə orqanizmdə baş verən dəyişiklik özünü yaz yorğunluğu kimi biruzə verir.

Mövzu ilə bağlı Bizim.Media-ya tibb məsələləri üzrə ekspert, həkim Adil Qeybulla danışıb. 

O bildirib ki, havaların dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür:

“Hər bir fəsil müəyyən mənada bir iqlim təlatümüdür. Havaların soyuması və ya istiləşməsi, rütubətin, elektromaqnit sahəsinin dəyişməsi, yəni bütün bunlar canlı orqanizmə müəyyən təsirini göstərir. Yaz vaxtı təbiətin oyanması, bitkilərin çiçəklənməsi, canlılarda olan canlanma təsadüfi deyil. Bütün bunlar həmin iqlim təlatümlərinin nəticəsidir”.

Həkim hesab edir ki, yazda vitamin əksikliyi də buna səbəb olar:

“Yaz vaxtı insanlarda avitaminoz dövrü olur. Nə qədər olmasa vitaminlərin, mineralların orqanizmdə qəbulunda müəyyən problem olur. Bu təlatüm özünü hiss etdirir, bərpa, adaptasiya dövrü gedir. Həmin dövrdən sonra orqanizm yeni dövrə uyğunlaşır.

Bundan başqa, bu gün insanlarda xroniki yorğunluq deyilən simptom var. Bu, vitamin “d” əksikliyinə, immun sisteminin zəifliyinə, postpandemiya dövründə immun sisteminin təlatümlərinə bağlıdır. Bundan çoxları şikayət edir. Hətta xroniki yorğunluqdan fəsil dəyişkənliklərində yox, bütün il boyu şikayət edənlər az deyil. Amma fəsil dəyişkənliyində bu cür halların olması normaldır, çünki bu, bir adaptasiya dövrüdür”.

Günay Şahmar, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO