Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Yevlax şəhər sakini Ceyhun Qasımov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, tədbirlər nəticəsində ondan 7 kiloqram tiryək, heroin, marixuana və metamfetamin aşkar edilib.
Araşdırmalar zamanı Ceyhun Qasımovun Samux rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Samux Rayon Polis Şöbəsi əməkdaşları cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt aşkar ediblər. Qanunsuz dövriyyədən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:34 / 01.04.2024
Polis Samuxda əməliyyat keçirdi - TUTULAN VAR
Hazırda oxunan: Polis Samuxda əməliyyat keçirdi - TUTULAN VAR
Hazırda oxunan: Polis Samuxda əməliyyat keçirdi - TUTULAN VAR
185068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.