İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa olunub - FOTO

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa olunub - FOTO

Hazırda oxunan: İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa olunub - FOTO

184916

İsmayıllı-Lahıc avtomobil yolunda gediş-gəliş bərpa olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Bildirilib ki, hazırda həmin yol piyadalar və minik maşınlarının hərəkəti üçün açılıb. Müvəqqəti olaraq həmin yoldan iritutumlu yük maşınlarının istifadəsi isə tövsiyə olunmur.

Sözügedən körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər. 

Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Qeyd edək ki, bu gün günorta saatlarında körpünün giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. Beton hissə dağıldığından asfalt örtüyü çöküb. 



Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO