Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU – FOTO 

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU – FOTO 

Hazırda oxunan: Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU – FOTO 

184816

Füzuli rayon sakini Taleh Quliyev "BMW" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO