Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lerikdə baş verən kütləvi zəhərlənmə ilə baglı açıqlama verib.
Bizim.Media xəbər verir ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub.
MÖVZU İLƏ BAĞLI:
Lerikdə 3 ailənin 11 üzvü qidadan ZƏHƏRLƏNDİ
Hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bölgəsi