Azərbaycan Ordusunda psixoloq ixtisası üzrə “ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrə psixoloq ixtisası üzrə xidmətə daxil olmaq üçün müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar müraciət edə bilərlər.
Məlumata görə, martın 27-dən aprelin 20-dək davam edəcək sənəd qəbulu üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) qəbul komissiyası fəaliyyət göstərəcək.
"Kursa qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir", - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, "ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə müqavilə bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
- A-
- A
- A+
Cəmiyyət
17:52 / 26.03.2024
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - VİDEO
Hazırda oxunan: Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - VİDEO
Hazırda oxunan: Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - VİDEO
184271
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.