Sumqayıtda yataqxanada partlayış - Xəsarət alan var - FOTO

Sumqayıtda yataqxanada partlayış - Xəsarət alan var - FOTO

Hazırda oxunan: Sumqayıtda yataqxanada partlayış - Xəsarət alan var - FOTO

18394

Sumqayıt şəhərində güclü partlayış olub. 

Bizim.Media xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan  hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda zavodda təhlükə - İnsanlar ərazidən uzaqlaşdırıldı - FOTO 


Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib. 

Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.  (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO