Yardımlı sakini 13 kiloqram narkotliklə SAXLANILDI – FOTO 

Yardımlı sakini 13 kiloqram narkotliklə SAXLANILDI – FOTO 

Hazırda oxunan: Yardımlı sakini 13 kiloqram narkotliklə SAXLANILDI – FOTO 

183818

Yardımlı sakini 13 kiloqram narkotiklə saxlanılıb.

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Vəliyev Tofik saxlanılıb.

Onun həyətindəki yardımçı tikilidən 9 kiloqram heroin, 2 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1020 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
T.Vəliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO