Avropa İttifaqı Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümü ilə əlaqədar İK-6 və İK-3 islah müəssisələri, habelə Rusiyanın ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Rusiya Ali Məhkəməsinin hakimləri, polis əməkdaşları və Federal Penitensiar Xidmət da daxil olmaqla 33 şəxsə sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Avropa İttifaqının rəsmi jurnalı”nda Aİ Şurasının fərmanında qeyd olunub.
Sanksiya siyahısına ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Rusiya Ali Məhkəməsi sədrinin birinci müavini Petr Serkov, Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurasının sədri Vladimir Zaytsev, Federal Penitensiar Xidmət rəhbərinin birinci müavini Valeri Boyarinev, Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz, Navalnının cəza çəkdiyi koloniyaların rəisləri və müavinləri, habelə onların əməkdaşları, o cümlədən İK-6 cəzaçəkmə koloniyasının həkimi daxildir.
Aİ-nin qara siyahısında olan bütün şəxslərin İttifaq ərazisinə daxil olması qadağandır və onların aktivləri, Aİ-də aşkar edilərsə, dondurulacaq.
Hüquqi şəxs olan İK-6 və İK-3 islah müəssisələrinə gəlincə, Avropa biznesinə onlarla hər hansı əlaqə saxlamaq və onlara istənilən formada – istər kredit, istərsə də investisiya şəklində maliyyə resursları təqdim etmək qadağandır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:28 / 22.03.2024
Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq edib
Hazırda oxunan: Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq edib
Hazırda oxunan: Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq edib
183772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.