Ramazanın 12-ci gününün duası: İmsak və iftar vaxtı...

Ramazanın 12-ci gününün duası: İmsak və iftar vaxtı...

Hazırda oxunan: Ramazanın 12-ci gününün duası: İmsak və iftar vaxtı...

183648

Sabah Ramazan ayının on ikinci günüdür.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 22-də imsak vaxtı saat 05:14-də, iftar vaxtı isə 19:09-dadır.

On ikinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!”

Tərcüməsi:

“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətlik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

Allah orucunuzu qəbul eləsin!

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO