İranlı narkotacirə kuryerlik edən Cəlilabad sakinləri SAXLANILDI – FOTO 

İranlı narkotacirə kuryerlik edən Cəlilabad sakinləri SAXLANILDI – FOTO 

Hazırda oxunan: İranlı narkotacirə kuryerlik edən Cəlilabad sakinləri SAXLANILDI – FOTO 

183580

Cəlilabad sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar.

Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən edilən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO