Ağsuda baş verən ağır qəzada 58 yaşlı kişi dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu kəndində baş verib.
Belə ki, rayon sakini 1966-cı il təvəllüdül Alıyev İsgəndər Baxış oğlu VAZ-2106 markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq beton lövhəyə çırpılıb.
Qəza zamanı sürücü elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu