Artıq ikinci gündür ki, Şəki-Zaqatala iqtisadi rayonlarına fasilə vermədən yağış yağır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, martin 19-u gündüz bölgə rayonlarında 12-15 dərəcə isti olduğu halda, axşam saatlarından Şimal-Qərb bölgəsində havanın temperaturu bir neçə saat müddətində 5-7 dərəcəyə kimi enib. Gecə saatlarından isə yağış yağmağa başlayıb. El arasında bu yağışlara “acı leysan” da deyilir.
İlkin məlumatlara görə, yağan yağıntılar aylıq normadan 1.5 dəfə çoxdur.
Novruzun ilk dəqiqələri də yağış kəsməyib və bu saatlara kimi davam edir.
Bölgənin əksər ərazilərində hava ciskinli-dumanlı vəziyyətdədir. Sürücülərdən, xüsusən bu bölgəyə ilk dəfə səfər edənlərə xatırladılır ki, yollarda məsafə görünüşünə diqqət etsinlər. Eyni zamanda yolların yaş olmasını nəzərə alıb sürət həddini aşağı salsınlar.
Yağışların sabaha kimi davam etməsi gözlənilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu